Qırğızıstanda prezident seçkilərinin vaxtı bilindi

Qırğızıstanda prezident seçkilərinin vaxtı bilindi Qırğızıstanda növbəti prezident seçkiləri 2017-ci il oktyabrın 15-də keçiriləcək.
Təhsil-press.az-ın məlumatına görə, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev bəyan edib.
A.Atambayevin 6 illik səlahiyyət müddəti cari ilin 1 dekabrında başa çatır.
Dövlət başçısı prezident postunda öz işini təhlil etdiyini bildirib: "Son 5-6 il ərzində xalqı, dövləti narahat edən məsələləri həll edə bildik. Qırğızıstan xalqı öz yolunu tapıb".

Təhsil-press.az

Oxşar xəbərlər