Etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

Etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub.
Təhsil-press.az-ın məlumatına görə, ölən şəxs 22 yaşlı gənc David Vallenilla olduğu və onun odlu silahla vurulduğu bildirilir. Gənc xəstəxanaya çatdırılsada, əməliyyat zamanı dünyasını dəyişib.
Beləliklə, Venesuelada son 3 ay ərzində etiraz aksiyaları zamanı ölənlərin sayı 75 nəfərə çatıb.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

Təhsil-press.az

Oxşar xəbərlər