İran: ABŞ-ın gözləməsi əbəsdir

İran: ABŞ-ın gözləməsi əbəsdir ABŞ rəsmilərinin İran rəsmilərinin onlarla telefon əlaqəsi quracaqlarını gözləmələri əbəsdir.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
A.Musəvinin sözlərinə görə, İran heç vaxt beynəlxalq hüquq və qaydalara riayət edilməyən müzakirədə öncül olmayacaq:
“Heç bir ağıllı insan təzyiqdə olduğu və ona doğru silah tuşlandığı vaxt müzakirə etməz”.
Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı haqda İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında həmin plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. ABŞ tərəfi İranın nüvə proqramı ilə əlaqədar İran rəsmilərinin Birləşmiş Ştatlar rəsmiləri ilə telefon əlaqəsi quracaqlarını gözlədiyini bəyan edib.

Tehsil-press.az

Oxşar xəbərlər