Ağ Ev: İran nüvə silahı tədbiq edə bilər

Ağ Ev: İran nüvə silahı tədbiq edə bilər İran qonşu ölkələrə və beynəlxalq ictimayyətin digər üzvlərinə qarşı nüvə silahı tədbiq etməyə qadir olduğunu nümayiş etdirib.
Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
«Birləşmiş Ştatlar İsrail tərəfindən yayılan məlumat ilə tanışdır və onun diqqətlə təhlil etməkdə davam edir. Bu məlumat İranın nüvə silahının hazırlanmasına dair yeni və inandırıcı məlumatlar verir. İran heç vaxt nüvə silahı əldə etməməlidir», - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına aid arxivləri gizlətdiyini bəyan edib.
Rəsmi Tehran bu ittihamları rədd edib.

Tehsil-press.az

Oxşar xəbərlər