Allergiya məchul səbəblərdən yaranan genetik, bəzən də sonradan tapılan xəstəlikdir. Çağdaş insanın əziyyət çəkdiyi çox qəribə allergiya növləri var. Onlardan biri də pişiyə allergiyadır.
Artıq insanlar bu narahatlıqdan can qurtaracaqlar.
Belə ki, İsveçrənin Sürix universitetlərinin əməkdaşları vaksin hazırlayıblar. Bu peyvənd insanların dözülməz pişik allergiyasına son qoyacaq.
HypoCat (Hipokat) adı verilən peyvənd insanlarda allergiyanın yaranmasına səbəb olan Fel-d1 proteininin miqdarını azaldır. 3 il ərzində vaksin istifadə üçün tam əlverişli vəziyyətə gələcək.
Xatırladaq ki, dünyada 10 nəfərdən birinin pişiyə allergiyası var.
Tehsil-press.az