Son üç ildə Qərbi Afrikada Ebola virusundan 11300-dən çox ölüm halı qeydə alınıb

Son üç ildə Qərbi Afrikada Ebola virusundan 11300-dən çox ölüm halı qeydə alınıb Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qvineya Səhiyyə Nazirliyi və başqa beynəlxalq tərəfdaşlarla birgə Ebola virusuna qarşı vaksin ilə bağlı araşdırma aparıb.
Tehsil-press.az xəbər verir ki, vaksin ilk dəfə güclü patogenlərdən birinin qarşısını alıb. RVSV-ZEBOV adlanan vaksin 2015-ci ilə qədər Qvineyada 11841 insan üzərində sınanıb. Peyvənddən on gün və daha artıq zaman müddətində 5387 insanda Ebola virusunun əlamətləri qeydə alınmayıb.
Ebola ilk dəfə 1976-cı ildə aşkarlanıb və Afrikada nadir hallarda rast gəlinən xəstəlik idi. Lakin 2013-2016-cı illərdə Qərbi Afrika Ebola epidemiyası 11300-dən çox ölümlə nəticələnib.

Tehsil-press.az

Oxşar xəbərlər