“Sədərək”də 700 kvadratmetrədək ərazi yanıb - Nazir müavini

“Sədərək”də 700 kvadratmetrədək ərazi yanıb - Nazir müavini Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.
Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezodorantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".
E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.
Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".

Tehsil-press.az

Oxşar xəbərlər