Trampdan daha bir gözlənilməz açıqlama

Trampdan daha bir gözlənilməz açıqlama Şimali Koreya lideri Kim Çen Inla görüşlə bağlı iki dəfə qərar dəyişən ABŞ prezidenti Donald Tramp növbəti açıqlaması yenə hər kəsi təəccübləndirib.
Tramp 12 iyunda Sinqapurda keçiriləcək görüşün faydalı olacağı təqdirdə Kim Çen Inı ABŞ-a dəvət edə biləcəyini deyib:
“Ş.Koreya ilə bağlı problemləri daha əvvəlki rəhbərlər həll etməli idilər. Amma etməyiblər. İndi bunu həll etmək bizə qaldı. Biz də həll edəcəyik. Görüşə hər şey hazırdır. Lakin müzakirə mövzuları hər an dəyişə bilər. Bu dünyada nə olacağını bilmək olmur”.
Ş.Koreyanın nüvə silahı istehsalını dayandırmasının vacib olduğu deyən Tramp sözlərinə əlavə edib ki, ehtiyac olarsa, bu ölkəyə daha geniş sanksiyalar tətbiq edilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər