Tramp: Növbəti ABŞ-KXDR sammiti 2019-cu ilin əvvəlində keçirilə bilər

Tramp: Növbəti ABŞ-KXDR sammiti 2019-cu ilin əvvəlində keçirilə bilər ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin növbəti sammiti 2019-cu ilin əvvəlində keçirilə bilər.
Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı zamanı deyib.
D.Tramp bildirib: "Biz KXDR ilə danışıqların gedişatından razıyıq, biz tələsmirik. Sanksiyalar yerində, raketlər uçmur, girovlar öz evlərindədir. Son 5 ay ərzində biz 70 ildə əldə olunandan daha artıq irəliləmişik, heç kəs mən etdiyimi edə bilməzdi".
ABŞ prezidenti həmçinin qeyd edib ki, dövlət katibin Mayk Pompeonun KXDR nümayəndəsi ilə görüşü nəzərdə tutulmuş digər səfərlər səbəbindən təxirə salınıb və başqa bir gün görüş baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər