Gürcüstan Baş Naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi ilə bağlı açıqlama yayacağına dair məlumat yayılıb.
O, yaxın saatlarda “Pirveli” telekanalında canlı yayıma qoşularaq qərarını açıqlayacaq.
Bildirilir ki, hökumətə bu ilin iyulunda istefa vermək məcburiyyətində qalan keçmiş Daxili işlər naziri Georgi Qaxariya rəhbərlik edəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə DİN rəhbəri təyin olunacaq.
Baxtadzenin hansı səbəbə postundan getmək istədiyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, sentyabrın 1-də hakim “Gürcü arzusu” partiyasının qərargahında və partiyanın qurucusu Bidzina İvanişvilinin iş mərkəzində davam edən müzakirədən sonra hökumətdə dəyişikliklərin baş tutacağı ehtimal edilir.
Xatırladaq ki, “Gürcü arzusu” 2012-ci ildə keçirilən parlament seçkilərində qalib gəlib. Bu müddətdə o, 3 dəfə Baş Naziri dəyişib. Növbəti parlament seçkiləri 2020-ci ilin payızında baş tutacaq.
***
Gürcüstan Baş Naziri Mamuka Baxtadze feysbuk səhifəsində vəzifəsindən getdiyini açıqlayıb.
“2018-ci ildə Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyimin hədəfi və əsas vəzifəsi gələcək illərdə dövlət məqsədlərimizin reallaşmasını təmin edəcək, ölkənin inkişafı üçün bir rəhbərliyə çevriləcək ölkənin inkişafı üçün strateji çərçivə yaratmaq və həyata keçirmək idi.
Strateji inkişaf üçün çərçivə yaradıldı, həyata keçirildi və mən müvafiq olaraq vəzifədən getmək qərarına gəldim. Çünki inanıram ki, bu vaxta qədər vəzifəmi yerinə yetirmişəm.
Ona (Bidzina İvanişvili - red.) və siyasi komandamızın hər bir üzvünə həmişə hiss etdiyim dəstəyə və etimada görə xüsusi təşəkkür etmək istəyirəm. Gürcüstanın Baş Naziri vəzifəsini icra etmək, eyni zamanda ölkəmizin maraqlarını qorumaq mənim üçün böyük şərəf və məsuliyyət idi. Mən “Gürcü arzusu” partiyasının üzvü və ölkəmizin sadiq bir əsgəri olmuşam və olacağam. Sələflərimə təşəkkür edirəm və gələcək Baş Nazirə uğurlar arzulayıram”.
Qeyd edək ki, M. Baxtadze Gürcüstan hökumətinə 2018-ci ilin iyunundan rəhbərlik edib.
Tehsil-press.az