Gürcüstan parlamentində dava - Video

Gürcüstan parlamentində dava - Video Gürcüstan parlamentində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” və müxalif “Vahid milli hərəkat”, “Avropa Gürcüstanı” partiyalarının nümayəndələri arasında dava baş verib.
Münaqişəyə səbəb müxalifət üzvlərinin parlamentin birinci vitse-spikeri Tamara Çuqoşvilidən 20 iyun mitinqində saxlanılan 305 nəfərin azadlığa buraxılmasını və Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb etməsi olub.
Millət vəkilləri arasındakı davadan sonra Çuqoşvili fasilə elan edib, müxalifət isə etiraz əlaməti olaraq iclası tərk edib.

Tehsil-press.az

Oxşar xəbərlər