Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 70 namizəd müxtəlif vəzifələrə uyğun bilinib

Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 70 namizəd müxtəlif vəzifələrə uyğun bilinib Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Sentyabrın 10-u saat 14:40-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 70 nəfər uğur qazanıb. Onlardan 33 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 25 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfər isə Şirvan Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər