Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 1-dən dörd dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 84 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, bildirilib ki, ümumi müsahibəyə çıxarılan vəzifələrdən 43-ü A növü - inzibati rəhbər vəzifələr üzrə (Kənd Təsərrüfatı Nazirliyi üzrə 41 vəzifə, Dövlət Statistika Komitəsi üzrə 2 vəzifə), 41-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Kənd Təsərrüfatı Nazirliyi üzrə 18 vəzifə, Mədəniyyət Nazirliyi üzrə 1 vəzifə, Dövlət Statistika Komitəsi üzrə 6 vəzifə, Şəki Apellyasiya Məhkəməsi üzrə 16 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Statistika Komitəsində sektor müdiri və Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətində Regional Bölmənin rəhbəri vəzifələridir.
Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, onların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Artıq regionlarda yaşayan vətəndaşların sənəd qəbulu üçün Bakıya gəlmələrinə ehtiyac yoxdur.
Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, DİM-in tələbi əsasında müvafiq sənədlərin müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətləri və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əsilləri mərkəzə təqdim edilməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizəd http://eservices.dim.gov.az/dqq/Elan/UmMshMshElanlar linkindən “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə DİM-in internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil olan məlumatların, sənədlərin aktuallığını və tamlığını təsdiqləməli, oktyabrın 1-dən noyabrın 1-i saat 18:00-dək mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.