VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında "Nesimi. İrak divanı" kitabının təqdimatı keçirilib.
Əsər "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə Türkiyədə çap olunub.
Təqdimatda Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, akademiklər Nizami Cəfərov, Qəzənfər Paşayev və digər qonaqlar iştirak ediblər.
Akademik Nizami Cəfərov tədbiri açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Nəsiminin yubileyini keçirməsəydi, Nəsimi istər Azərbaycanda, istərsə də dünyada bu qədər tanınmazdı: "Bu baxımdan Prezident İlham Əliyevin “Nəsimi ili”nin keçirilməsi ilə bağlı imzaladığı sərəncam da olduqca əhəmiyyətlidir. Mən akademik Qəzənfər Paşayevin tərtib etdiyi "Nesimi. İrak divanı"nın Türkiyədə nəşrini də yüksək qiymətləndirirəm. Bu kitab ərəb mühitində Nəsimi dilinin, Nəsimi yaradıcılığının necə qorunub saxlanılması haqqında əhəmiyyətli mənbədir. Buna görə Qəzənfər Paşayevə minnətdarlığımı bildirirəm".
Mədəniyyət naziri Əbülfəs Qarayev “Nəsimi ili” çərçivəsində ilin əvvəlindən müxtəlif tədbirlərin keçirildiyini qeyd edib: "Bizim musiqiçilər, rəssamlar Azərbaycan ədiblərinin əsərlərindən bəhrələnərək nə qədər yeni əsərlər yaradıblar. Qəzənfər Paşayevin ərsəyə gətirdiyi kitab da xüsusi əhəmiyyət daşıyır. Bəzən biz ədəbiyyatşünaslığın əhəmiyyətini layiqincə qiymətləndirmirik. Bu, olduqca vacib istiqamətdir. Sözsüz ki, bu araşdırmalar Azərbaycan xalqının kimliyini nümayiş etdirmək üçün çox vacib yoldur. Ümid edirəm ki, “Nəsimi ili” bitəndən sonra da bu tədbirlər davam edəcək".
Akademik İsa Həbibbəyli isə qeyd edib ki, AMEA-da bu il ərzində Nəsimi irsinə həsr olunmuş 16 kitab çap edilib. Nizami adına Ədəbiyyat İnstitutunda isə 11 kitabın çapı nəzərdə tutub, bunlardan 7-si artıq çap olunub. Belə nəşrlərdən biri də Qəzənfər Paşayevin tərtib etdiyi Nəsiminin İraq divanıdır. Bu kitab həm Azərbaycanda, həm də dünyada Nəsimişünaslıq elminə böyük töhfədir.
Daha sonra kitabın tərtibatçısı, akademik Qəzənfər Paşayev çıxış edərək Nəsiminin uzun müddət kafirlikdə suçlandırılaraq yaradıcılığının kənarda qaldığını bildirib: "Yalnız XIX əsrdə Türkiyədə Nəsiminin divanından parçalar, 1926-cı ildə Azərbaycanda Salman Mümtazın araşdırması çıxdı. 1973-cü ildə isə Heydər Əliyevin Nəsiminin yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam sayəsində Nəsimi bütün Azərbaycanda tanındı. Onun dünyada əlliyə qədər əlyazması var. Ancaq Nəsiminin İraq divanı nüsxəsində 63 şeirini üzə çıxartdım. Bu kitabın Türkiyədə yenidən çapını isə Nəsimi irsinin tanıdılmasında böyük addım hesab edirəm".

Mirmehdi Ağaoğlu