Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Universitetində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirlər planına əsasən Universitetin elmi jurnalı “İpək yolu” və korporativ informasiya jurnalı “Çağlayan”da Nəsiminin ədəbi irsi ilə bağlı publisistik yazılar və aparılan tədqiqatların nəticələri dərc olunacaq. O cümlədən “İpək yolu” jurnalının birinci nömrəsi böyük şairin yaradıcılığına həsr olunacaq.
İl ərzində Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş mühazirələr, tələbələrin iştirakı ilə ədəbi-bədii gecə, müsabiqə və olimpiadalar təşkil olunacaq, nəsimişünas alimlərlə tələbələrin görüşləri keçiriləcək.
Tədbirlər planı çərçivəsində şairin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və seminarların, onun bədii irsini əks etdirən kitab sərgilərinin təşkili, universitetdə “İmadəddin Nəsimi Auditoriyası”nın yaradılması da nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi