Şərqşünaslıq İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan seminar keçirilib

Şərqşünaslıq İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan seminar keçirilib İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.
Seminarda giriş sözü ilə çıxış edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Nəsimi yaradıcılığından danışıb. Qeyd edib ki, Nəsimi böyük humanist, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.
Sonra AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “İmadəddin Nəsimi: sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzə edib.

Tehsil-press.az

Oxşar xəbərlər