BMT-nin Baş katibi KXDR tərəfndən raket buraxılışını pisləyib

BMT-nin Baş katibi KXDR tərəfndən raket buraxılışını pisləyib KXDR tərəfindən yeni ballistik raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
Bu barədə brifinqdə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
Xatırladaq ki, KXDR bu gün səhər ballistik raketi şərq istiqamətində buraxıb. Raket Yaponiyanın eksklüziv iqtisadi zonası daxilində olan Simane prefekturasından 350 km məsafədə düşüb.
S.Dyujarrik deyib: "Əlbəttə ki, raketin buraxılması narahatlıq doğurur. Və ballistik raketin buraxılması Təhlükəsizlik Şurasının qətnaməsinin növbəti pozuntusudur".
O əlavə edib ki, bu həftənin sonunda ABŞ-KXDR danışıqları iş səviyyəsində yenidən baş tutacaq:
"Baş katib ümid edir ki, tərəflər bu danışıqları gücləndirməyə, ABŞ və KXDR-in 12 iyun 2018-ci il tarixli birgə bəyannaməsinin icrasında irəliləyişə nail olmaq üçün çalışacaqlar".

Tehsil-press.az

Oxşar xəbərlər