İnanılmaz uçuş

İnanılmaz uçuş Elon Musk avtomobilini Marsa göndərib

Oruc MUSTAFAYEV


Fevralın 7-də amerikalı sahibkar, milyarder, mühəndis və ixtiraçı Elon Muska məxsus “Space X” şirkətinin hazırladığı 70 metr hündürlüyündə olan 27 mühərrikli “Falcon Heavy” raketi kosmosa uğurlu uçuş edib. Marsa istiqamətlənən raket özü ilə Elon Musk-un “Tesla Roadster” qırmızı kabrioletini də aparıb. Sürücü oturacağına skafandr geyinmiş maneken otuzdurulub. Avtomobilə müşahidə kameraları yerləşdirilib. Raketin buraxılması 90 milyon dollara başa gəlib. Elon Musk bu test uçuşunun 50 faiz baş tutmayacağını zənn edirdi. O deyib ki, raketə yerləşdirilmiş avtomobil dünyadan 400 milyon kilometr uzağa gedəcək və saniyədə 11 kilometr yol qət etmiş olacaq. Musk KİV-ə raketin gözləntiləri aşdığını bildirib. O ümid edir ki, bu raket turistləri fəzaya apara biləcək.
Qeyd edək ki, “Space X” “Falcon Heavy” dünyanın ən böyük raketi sayılır. O, Yerə yaxın orbitə 64 min tonluq yük daşımaq gücündədir.
“Falcon Heavy” layihəsi isə ilk dəfə 2011-ci ildə elan edilib, ilk uçuş da 2013-cü ilə planlanlaşdırılıb.
Xatırladaq ki, sovet mühəndisləri vaxtilə 30 mühərrikli analoji raketi 4 dəfə səmaya göndərməyə cəhd etsələr də, buna nail ola bilməyiblər.

Oxşar xəbərlər