Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda son illər şifahi xalq ədəbiyyatı nümunələrinin toplanıb nəşr olunması istiqamətində mühüm işlər görülür. Rusdilli mətbuat orqanlarında vaxtilə nəşr edilmiş Azərbaycan folklor örnəklərinin tərcümə və çap olunması diqqət mərkəzində olan məsələlərdəndir.
Bu elmi müəssisənin klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, elmi əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəm qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) toplusunun üçüncü cildində yer almış folklor materiallarını Azərbaycan dilinə tərcümə ediblər.
Xatırladaq ki, üçcildlik məcmuənin birinci və ikinci cildləri “SMOMPK: Azərbaycan folkloru materialları” adı ilə 2018-ci ildə nəşr edilib. Toplunun sonuncu cildi isə tərcümə olunaraq çapa hazırlanıb. Hər üç cild xronoloji prinsip əsasında tərtib edilib. Bununla da topludakı bütün Azərbaycan folklor örnəkləri nəşr edilmiş olacaq.
Qeyd edək ki, XIX əsrin 20-ci illərində Qafqaz çar Rusiyası tərəfindən imperiyanın tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflisdə fəaliyyət göstərən çar general-qubernatorluğu yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və daha uğurla idarə etmək məqsədilə humanitar, kulturoloji istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirməyə başladı. Əsas məqsəd burada yaşayan yerli xalq və millətlərin tarixini, dilini, həyat tərzini, mentalitetini, psixologiyasını, folklor və etnoqrafiyasını öyrənmək idi. Çar general qubernatorluğunun Tiflisdə fəaliyyətə başlaması ilə əlaqədar Azərbaycan folklor nümunələri ilk olaraq rus dilində müxtəlif qəzet və jurnallarda nəşr edilməyə başladı.
1881-ci ildən başlayaraq Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus dilində “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) - (“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT) məcmuəsinin nəşri Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün əlamətdar hadisə oldu. Toplu tezliklə özünün diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilməyə başladı. Nəşr edilən materialların mövzu genişliyi toplunun əsasən üç şöbədən ibarət olan daxili quruluşuna da təsir göstərdi. Belə ki, diyarşünaslıq, kulturoloji aspektlərdə yazılmış məqalələr, əsasən, onun birinci şöbəsinin, etnoqrafik və folklor materialları isə ikinci və üçüncü şöbələrinin mövzularını təşkil edirdi.
1881-1929-cu illər arasında nəşr edilən toplunun 46 buraxılışı (cildi) işıq üzü görüb. Onun 44 cildi Tiflisdə (1881-1915-ci illər), son iki buraxılışları isə 1926-cı və 1929-cu illərdə Mahaçqalada nəşr edilib.
SMOMPK-un bir çox buraxılışlarında Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. janrlarına aid örnəklər də təqdim edilib. Bu, milli kimliyi təsdiqləyən amillərdən birinin və ən vacibinin məhz şifahi xalq ədəbiyyatı olduğunu dərindən dərk edən və buna görə də bu örnəklərin unudulmaması, itib-batmaması, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini bilən ziyalılarımızın fədakar əməyi sayəsində mümkün olub. Azərbaycan folklor örnəklərini toplayıb yazıya alan və rus dilinə tərcümə edən Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunları Firudin bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə və başqaları milli folklor nümunələrimizin adları bizə məlum olan ilk toplayıcıları kimi tarixə düşüblər.
Bundan başqa, toplunun buraxılışlarında Azərbaycanın müxtəlif bölgələrində yaşayan udinlər, talışlar, ingiloylar, avarlar, saxurlar kimi azsaylı xalqların folklorundan müxtəlif örnəklər də dərc edilib.
SMOMPK toplusunda “erməni” folkloru kimi təqdim edilən Azərbaycan şifahi xalq ədəbiyyatı materialları həddən artıq çoxdur. Belə faktlar erməni plagiatçılığının uzun tarixi olduğunu sübut edir. Bu materiallara ayrıca bir cild həsr ediləcək. Artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir.
Azərbaycan türkcəsində toplanılıb yazıya alınmış və rus dilinə tərcümə edilmiş folklor mətnlərinin yer aldığı toplunun sonuncu cildinin ana dilimizə tərcümə edilib folklor məkanında yenidən dövriyyəyə buraxılması onların orijinallarının üzə çıxmasına təkan verəcək, onu mövzu, süjet, motiv, obrazlar sistemi cəhətdən daha da zənginləşdirəcək.
Tehsil-press.az