Folklor İnstitutu Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək

Folklor İnstitutu Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru İmpiriat Xalipaeva və Dağıstan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Elmira Caxiyeva ilə Folklor İnstitutunda keçirilən görüş zamanı imzalanıb.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov türk xalqlarının folklorunun araşdırılmasında dağıstanlı alimlərin xidmətlərini yüksək qiymətləndirib.
İ.Xalipaeva isə baş redaktoru olduğu “Türk dünyasının carçısı" jurnalı haqqında tədbir iştirakçılarına məlumat verib.
Görüşdə, həmçinin jurnalın növbəti sayında Azərbaycan folkloru, mədəniyyəti və tarixi ilə bağlı araşdırmalardan ibarət materialların hazırlanması məsələləri müzakirə edilib.

Hikmət Əliyev

Oxşar xəbərlər