Azərbaycanda parnik qazı tullantıları azaldılacaq

Azərbaycanda parnik qazı tullantıları azaldılacaq Azərbaycanın enerji potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib və coğrafi mövqeyi də buna əlverişli şərait yaradır.
Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Nizamlanması Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib.
O bildirib ki, Azərbaycanın külək enerjisi potensialı 3 min meqavatt, günəş enerjisi potensialı 20 min meqavatt həcmində qiymətləndirilir:
“Azərbaycan öz üzərinə dekarbonizasiya ilə bağlı öhdəliklər götürüb. Biz BMT-nin Ekologiya sazişinə qoşulan və Paris iqlim sazişini imzalayan ölkələrdən biriyik”.
S.Axundov bildirib ki, Azərbaycan ətraf mühitə parnik qazı həcminin yalnız 0,11 faizini buraxır:
“Azərbaycan hökuməti 2030-cu ilədək parnik qazı tullantılarını 30 faiz azaltmaq öhdəliyini götürüb”.

Tehsil-press.az

Oxşar xəbərlər