Azərbaycanın yeni regional siyasəti.
"Azərbaycan Xəzər regionunun bir simvoluna çevrilib”. Bu sözləri energetika naziri Natiq Əliyev ANS-in “Hesabat” verilişində TAP-ın bu həftə baş tutan təməlqoyma mərasimindən danışarkən deyib.
Mir Şahinin suallarını cavablandıran energetika naziri Azərbaycanın Xəzər regionunundan təbii qazı Avropaya çatdıran yeganə dövlət olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan deyəndə hər kəsin daha böyük bir anlamda Xəzər regionunu gördüklərini diqqətə çatdırıb.
“Biz yeni Cənub qaz dəhlizi yaradırıq. Bu adi bir boru kəməri deyil. Biz bugünkü layihə ilə dəhliz yaratdıq. Bu dəhliz vasitəsi ilə "Şahdəniz" yatağının bütün tammiqyaslı işlənməsində olan təbii qaz bu dəhlizdən gedəcək. Abşeron yatağının qazı da bu dəhlizdən gedəcək. Eyni zamanda biz fikirləşirik ki, Dövlət Neft Şirkətinin kəşfiyyat apardığı strukturlarda da hansısa yeni yataqlar aşkarlanarsa, onun qazı da bu dəhliz vasitəsilə nəql edilə bilər”,- deyə Natiq Əliyev yeni yaradılan dəhlizin perespektivlərindən danışarkən bildirib.
Başqa dövlətlərin - Türkmənistanın, İranın Azərbaycan ərazisindən öz qazını hansısa ölkəyə ixrac etmək istəyi olarsa, bu dəhliz vasitəsi ilə çatdırmaq istəsə, bunu reallaşdıra biləcəyimizi önə çəkən energetika naziri İranın Türkiyə ərazisindən TANAP-a qoşulmasına da etiraz etmədiklərini vurğulayıb.
“Hansı ölkə özünə bu konsepsiyanı qəbul etsə və bu dəhlizlə öz qazını Avropaya çatdırmaq istəsə, biz danışıqlar apararaq buna imkan yaradacağıq. Mən hesab edirəm ki, ən real Türkmənistanın təbii qazının Qərb istiqamətində ixracıdır”,- deyə Natiq Əliyev yeni layihə haqqında danışarkən qeyd edib.
Tehsil-press.az