Mövlud Çavuşoğlu: Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam

Mövlud Çavuşoğlu: Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam Azərbaycana qarşı Qərbdən gələn hücumları aydın görürük, mən Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam.
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Beynəlxalq Media Konfransında çıxışı zaman deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: “Hər zaman Azərbaycanın yanında olacağıq. Həm Türkiyənin, həm də Azərbaycanın haqlı davası üçün mübarizə aparmışıq, bundan sonra da mübarizə aparacağıq. Məqsədimiz səylərimizi birləşdirərək millətimizin əmin addımlarla irəliləməsidir”.

Tehsil-press.az

Oxşar xəbərlər