Türkiyə XİN: Ərdoğan müsəlman ölkələrinin ümididir

Türkiyə XİN: Ərdoğan müsəlman ölkələrinin ümididir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin ümididir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri zamanı deyib.
M.Çavuşoğlu həmçinin ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını 24 iyunda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb:
“Bu seçkilər Türkiyə üçün çox vacib və ən taleyüklü seçkilər hesab olunur”.
Qeyd edək ki, iyun ayının 24-ü Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər