Çavuşoğlu: Türkiyənin NATO ilə heç bir problemi yoxdur

Çavuşoğlu: Türkiyənin NATO ilə heç bir problemi yoxdur Türkiyənin NATO ilə heç bir problemi yoxdur.
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Ankaraya satdığı və tədarükü həyata keçirilən S-400 zenit-raket kompleksləri ilə bağlı məsələni şərh edərkən deyib.
Nazirin sözlərinə görə, S-400 alınması NATO üçün heç bir təhlükə yaratmır və bunu orada hamı bilir.
M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə NATO-nun mühüm üzvüdür və terrorizmlə mübarizədə böyük rol oynayır.

Tehsil-press.az


Oxşar xəbərlər