Dünya ölkələrinin terrorla mübarizədə gördüyü tədbirlər barədə hər il ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən hesabatda Azərbaycana da yer verilib. Ölkələrin keçənilki fəaliyyəti haqqında hesabatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib.
Bildirilir ki, 2018-ci ildə Azərbaycan hökuməti ölkənin ərazisindən və dəniz sərhədlərindən, eləcə də bütün Cənubi Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması üzərində fəal işləyib. Qeyd olunur ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması üzrə əməliyyatlar keçirib, terrorçuluqda ittiham olunan şəxsləri, eləcə də ölkə xaricində terror qruplaşmalarının tərkibində döyüş əməliyyatlarında iştirak edənləri və onları maliyyələşdirən vətəndaşları həbs edərək, məsuliyyətə cəlb edib.
Hesabatda, həmçinin bildirilir ki, 2018-ci ildə Azərbaycanda terror aktı qeydə alınmayıb. Bundan əlavə, ötən il Azərbaycanda hüquq-mühafizə orqanlarının maliyyə transaksiyaları mexanizmləri üzərində nəzarət səlahiyyətlərini artıran düzəlişlər qəbul edilib. Azərbaycan ölkəyə daxil olarkən terror və kriminal siyahıdan, həmçinin biometrik məlumatlardan istifadə etdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, eləcə də regional və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsi aparır.
Hesabatda yazılıb ki, Azərbaycan Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvüdür, NATO-nun antiterror təşəbbüslərini Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramının üzv ölkəsi qismində dəstəkləyir. Azərbaycan NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyası çərçivəsində bu ölkəyə 120 sülhməramlı hərbçisini göndərib və Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianə verib. Sonda, 2018-ci ilin iyun ayında Azərbaycan Əfqanıstanda sülhü və təhlükəsizliyi təşviq etmək üçün Beynəlxalq Əlaqə Qrupunun konfransına ev sahibliyi edib.
Tehsil-press.az