Mübariz Qurbanlı: Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib

Mübariz Qurbanlı: Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib.

Tehsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, birinci istiqamət qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır:
“Buraya Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar qanun pozuntusuna yol verən radikallaşmış dini qrupların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar”.
M.Qurbanlı bildirib ki, bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə geniş tədbirlər həyata keçirir:


Tehsil-press.az

Oxşar xəbərlər