Bir vaxtlar aralarında kəskin ittihamçı ritorika yaşayan, bir-birilərini ağır qeyri-siyasi ifadələrlə ittiham edən, etdirən İsa Qəmbər, Əli Kərimli, Əli İnsanov və sair kimilərin bu gün yenidən bir araya gələrək ciddi mesajlar verməyə cəhd etmələri cəmiyyətdə çox ironik, qeyri-ciddi çağırışlar kimi qarşılanır.
Onun sözlərinə görə, bu insanlar ayrı-ayrılıqda heç bir sosial-siyasi gücə sahib deyillər: "Aydın məsələdir ki, onların birləşəndən sonra da əhəmiyyətli bir gücə çevrilmək şansından məhrum olduqlarını cəmiyyətimiz yaxşı bilir. Uğursuz liderlər kütləni öz yanlarına çəkmək üçün müxtəlif fəndlər düşünməyə cəhd etdikcə, cəmiyyətdə onlara ünvanlanmış saysız ittihamçı suallar ortaya çıxır. Bu gün sadə insanlar üçün çox maraqlıdır ki, bir vaxtlar Əli İnsanovun "faşist"adlandırdığı İsa Qəmbərlə bugünkü əməkdaşlıq cəhdləri hansı prinsiplərə şöykənir. İsa Qəmbər Əli İnsanovun ona qarşı faşist ittihamını uddumu? Heç vaxt bir-birinə güzəşt etməyən Əli Kərimli ilə İsa Qəmbərin əməkdaşlıq səylərinin səmimiliyinə yalnız sadəlövh insanlar inana bilər. Əli İnsanovu korrupsioner adlandıranların bu gün onun malik olduğu vəsaitləri ortaya çəkmək, ondan bəhrələnmək düşüncəsində olmadıqlarına inanmaq çətindir. Uğursuz siyasətlə məşğul olan bu insanların toplantısına ictimaiyyətdən heç bir həssas və davamlı reaksiyanın olmaması ciddi faktdır. Bu onu sübut etdi ki, uğursuzların hazırkı "inteqrasiya modeli" siyasi hadisə kimi qarşılanmadı və cəmiyyət üçün qətiyyən maraqlı deyil. Əksinə, bu, cəmiyyətdə bir sıra ironik, komik, lətifə xarakterli yanaşmalar doğurdu".
Ekspert bildirib ki, Əli İnsanovla İsa Qəmbərin, İsa Qəmbərlə Əli Kərimlinin sonadək bir-birinə ehtiram edəcəkləri, Əli İnsanovun hələ kökləri 1992-1993-cü illərə gedib çıxan Əli-İsa antaqonizmini həll edə biləcəyi mümkünsüz və ironikdir".
Tehsil-press.az