“30 ildir ki, müxalifətdədirlər və bu müddət ərazində onların təfəkküründə heç bir dəyişikliyə gedilməyib. Dünya dəyişir, reallıqlar dəyişir, amma müxalifət həminkidir. Necə deyərlər, köhnə hamam, köhnə tas”.
Müxalifət partiyalarının noyabrın 5-də sabiq Səhiyyə naziri Əli İnsanovun iştirakı ilə birgə Müsavat qərargahındakı toplantısı haqqında danışan millət vəkili bildirib ki, müxalifətin ön sıraları yenilənməli, yeni simalar gəlməlidir:
“Bu masada müzakirə olunan məsələlər və bu məsələlərə iştirakçıların yanaşması onu göstərdi ki, onların arasında özləri üçün fundamental hesab etdikləri məsələlərdə heç bir razılaşma yoxdur. Məsələn, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mövqeyindən bəlli olur ki, onlar, əsas etibarilə, mitinqlərin keçirilməsi məsələsində birgə fəaliyyət mexanizminin qurulması ətrafında müzakirələr aparıblar. Amma son nəticədə məlum olub ki, bu məsələlərdə də ortaq mövqeyə gəlmək onlara nəsib olmayıb. İştirakçıların siyahısına baxdıqda, görürük ki, hər biri özünün bütöv müxalifətin lideri olmaq iddiasındadır. Əli Kərimli bu iddiasını heç gizlətmir də. Əli İnsanov isə ilk dəfə idi ki, onlarla bir masa ətrafında əyləşirdi. Bu gün müxalifətin ön sıralarında bu hadisəyə müxtəlif yanaşmalar var. Bir çoxları Əli Kərimlini ittiham edirlər ki, vaxtilə müxalifəti özünün əsas düşməni hesab edən Əli İnsanovla niyə bir masa ətrafında əyləşib müzakirə aparır? Belə söyləyirlər ki, Əli İnsanov öz cildini dəyişib. Qeyd edirlər ki, Əli Kərimli onunla bir masa ətrafında müzakirə apararkən Əli İnsanovun səviyyəsinə enmiş olur. Fikir verirsiniz, müxalifət dairələrinin özləri bir-birini ittiham edir. Eyni zamanda, o da məlum oldu ki, tərəflər müxtəlif mövqedən çıxış etsə də, hər birinin öz ambisiyası olduğundan, ən ciddi məsələlərdə bir-birinin mövqeyini qəbul etmədiyindən sadəcə müxalifətin birlikdə olmasının görüntüsünü yaratmaq üçün bir araya toplaşıb. Ən çox tənqid olunan məsələ onunla bağlıdır ki, bu adamlar birləşib vahid mövqe ortaya qoymaq iqtidarında deyil. Əslində, onlar toplaşmaqla demək istəyirdilər ki, müxalifət bir araya gəlib vahid qərar qəbul edə bilər. Amma məlum olur ki, sonda heç bir qərar qəbul edilməyib. Çünki hamısının böyük iddiaları var. Və bu iddiaların real potensialı və gücü yoxdur".
E.Nəsirov qeyd edib ki, belə toplantıların əsas məqsədi özlərinin mövcudluğunu ictimaiyyətə göstərməkdir: "Eyni zamanda, onlara mitinqlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə edə bilirlərmiş kimi çatdırmaqdır. Lakin mitinqlərin niyə uğursuz olması, mitinqlərə ictimai dəstəyin niyə olmaması, xalqın bu mitinqlərə niyə dəstək verməməsi, xalqın niyə müxalifətin yanında olmaması, Azərbaycan prezidentinin hər bir işini dəstəkləməsi kimi sualların cavablarını tapa bilməyiblər. Çünki heç onların axtarışına çıxmayıblar. Ona görə ki, bu cavablar onların maraqlarına xidmət etmir. Bu cavabların axtarışı onu üzə çıxaracaq ki, müxalifət artıq olduqca köhnəlib”.
Tehsil-press.az