Əli İnsanova prinsipial, inadkar adam deyirlər. Görünür ki, elədir. Şübhə yoxdur. Zatən onu 25 il öncədən tanıyırıq, böyük vəzifədə olanda da görmüşük, dəmir qəfəsə salınıb mühakimə ediləndə də, həbsxanada cəza çəkərkən də.
İndi o, tamam fərqli bir keyfiyyətdə yenidən gözümüzün qarşısındadır.
Əli İnsanovun öz birinci cəza müddətini çəkərkən əfv edilməməsinin, hətta cəzasını günə-gün çəkdikdən sonra azadlığa buraxılmamasının elə bir sirri yox idi. Onun həbsdən çıxdıqdan sonra hansı mövqedə olacağı, hakimiyyətə, cəmiyyətə təhlükə törədib-törətməyəcəyi öncədən bilinirdi.
İnsanovun bugünkü açıqlamaları göstərir ki, mövcud iqtidar komandasının narahat olmasına əsaslar varmış.
Əli İnsanov islaholunmaz karyeristdir. 13 ildən artıq çəkən məhbəs həyatı onu dəyişməyib, hətta daha da möhkəmlədib.
O, hələ ölkənin ən önəmli nazirliklərindən birinə rəhbərlik etdiyi vaxt öz ambisiyaları ilə seçilirdi. Dövlət başçısının ona etimadı böyük idi deyə Əli İnsanov ölkənin ən ötkəm rəhbərlərindən biriydi. Ötkəmliyinə, sərtliyinə və amansızlığına görə onu saray dairələrində “Fürer” adlandırırmışlar.
Bir ara onun parlamentin sədri postuna iddiası barədə yazılar intensivləşmişdi və əsassız deyildi. Ancaq o, bu müstəvidə hakim partiyanın - YAP-ın cəfakeş qurucusu, nazir həmkarı Əli Nağıyevlə toqquşdu. Rəsul Quliyevin istefaya göndərilməsindən sonra Nağıyev də parlament sədri olmaq istəyirdi.
Əli adlı iki nüfuzlu nazirinin bir post uğrunda media savaşına girməsinin yaxşı nəticələr verməyəcəyini görən mərhum prezident Heydər Əliyev Ermənistan klanıyla Naxçıvan klanını bir arada tutmaq üçün parlamentin spikeri postuna neytral bir şəxsi - hüquq professoru Murtuz Ələsgərovu məsləhət bildi. Məsələ həll olundu.
Ancaq Əli İnsanovun hakimiyyət ehtirası sönmədi. Elə Əli Nağıyev də bu şövqü nazir postundan götürülənə qədər qəlbində daşıdı. Onların hər ikisi H.Əliyevdən sonra məhz özlərini hakimiyyətdə birinci şəxs olaraq görürdülər.
Fəqət taleyin gərdişi onlardan birini fəxri sürgünə, digərini dörd divar arasına göndərdi. Əli Nağıyev daha tədbirli davrandı, taleyinə boyun əydi və səfir postuna razılaşdı.
Əli İnsanov isə səfir olmağa, istefaya getməyə razılaşmadı, 2005-ci ilin parlament seçkilərində revanş götürmək (bu, rəsmi şəkildə sənədləşdirilməyib), hakimiyyətə güc göstərmək istədi, nəticədə düz on üç il müddətinə cəmiyyətdən təcrid olunmuş şəkildə yaşadı.
Həbsxanaya düşəndən sonra o, öz siyasi mövqeyində xeyli korrektələr etdi, vaxtilə yamanladığı, hətta təhqir etdiyi şəxslərdən, müxalifət liderlərindən, eləcə də jurnalistlərdən üzr istədi. Bu, əslində çox hiyləgər və uzaqgörən addım idi.
Sonrakı hadisələr də göstərdi ki, İnsanovun üzr istədiyi adamlar onu bağışlayıblar, sabiq nazirin vaxtilə onlara ölüm hökmü tələb etməsini ya unudublar, ya da artıq aktual saymırlar. Hər halda, onlar sonrakı çıxış və açıqlamalarında Əli İnsanova azadlıq tələb edir, onun müdafiəsində dururdular.
Qəribəydi, Əli İnsanovun keçmiş komanda yoldaşları ondan gen gəzdiyi, zərurət yarandıqda onu pislədikləri halda, sabiq nazirlə kəskin rəqabətdə olmuş şəxslər onun müdafiəçisi olmuşdular.
Artıq Əli İnsanov azadlıqdadır və onlara - ömürlərini müxalifətdə, məhrumiyyətlər içində keçirmiş adamlara o qədər də ehtiyacı yoxdur.
İndi onun ətrafında başqa qüvvələr təmərküzləşəcək. Bunlar vaxtilə yaxşı vəzifələr tutmuş, sonradan müxtəlif səbəblərdən vəzifələrindən çıxarılmış, bizneslərini itirmiş, hakimiyyətin, yüksək vəzifələrin, bol sərvətin dadını bilən adamlardır. Əli İnsanov onların lideri olacaq və sıravi müxalifləri öz ətrafında “altılıq” kimi görmək istəyəcək.
Əslində Əli İnsanovun indi söykənmək istədiyi klana onun özü qədər ziyan vuran ikinci bir şəxs olmayıb. Bu klanın sökülməsi, ilməsinin qaçması məhz 2005-ci ildən sonra baş verdi. Ona qədər həmin klanın üzvləri hakimiyyət komandasında az qala yarı-yarıya təmsil olunurdular. Bu sırada nazirlərdən tutmuş MİS rəislərinə qədər hər ranqdan olan minlərlə vəzifə adamları vardı. 2005-ci ildən sonra isə təbii olaraq seyrəldilmə işləri aparıldı. Nəticədə xeyli adam öz əvvəlki büsatından, tərəqqisindən məhrum oldu.
İndi onlar Əli İnsanovun ətrafında birləşərək ikinci avantüraya gedəcəklərmi - bu bir qədər sonranın söhbətidir. Görəcəyik.
Əli İnsanovu müdafiə edən müxalifətçilərin isə umsuq olacağını bəri başdan demək mümkündür. O, demokrat deyil, olmayıb və olmayacaq. Onun üçün başlıcası hakimiyyətdir. O, bu istiqamətdə fəaliyyət göstərəcək və bütün müxalifətin lideri olmaq istəyəcək.

Xalid KAZIMLI