Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Heydər Əliyev lektoriyası və Dillər kafedrasının təşkilatçılığı ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
Rektor İlham Mədətov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamını xatırladıb, digər Sərəncamla 2019-cu ilin “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. O, İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı mühüm rolundan danışıb. Qeyd edib ki, Nəsimi çoxşaxəli yaradıcılığına lirik şeirlərlə qədəm qoysa da, sonrakı əsərləri ilə söz, sənət, elm və fikir tariximizə ictimai- siyasi, humanist ideyaların carçısı, fəlsəfi qəzəlin banisi kimi daxil olub.
Rektor İlham Məmmədov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən də danışıb.
ATMU-nun rektoru bu il ölkəmizdə ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının keçirildiyini xatırladıb. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsinə dair təşəbbüsünün ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Nəsimi yaradıcılığında hürufilik”, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva “Nəsimi yaradıcılığında kamil insan məsələsi”, universitetin müəllimlərindən Günel Əliyeva ”Nəsimi yaradıcılığında məhəbbət mövzusu”, Mehriban Allahquliyeva “Nəsimi yaradıcılığında dil və üslub məsələləri” və Aytən Mövsümlü “Nəsimi irsi bu gün” mövzularında məruzələrdə şairin yaradıcılığının Azərbaycan dilinin tarixini, inkişafını öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini, onun özündən sonra məktəb yaratdığını xüsusi vurğulayıblar.
Sonra ATMU-nun tələbələrinin ifasında Nəsiminin dünyanın bir sıra dillərinə tərcümə edilən şeirlərindən nümunələr səsləndirilib.
Tehsil-press.az