Azərbaycan Universitetində “İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu”mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq universitetin “Nəsimi ili” tədbirlər planı çərçivəsində keçirilib.
Dəyirmi masanın qonağı ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, AMEA Əlyazmalar İnstitutunun direktor müavini, Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Paşa Əlioğlu olub. Tədbirdə kafedranın professor-müəllim heyəti və filologiya ixtisası üzrə III kurs tələbələri iştirak edib.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova qonağı tələbələrə təqdim edərək bildirib ki, rəhbərlik etdiyi kafedra tərəfindən təşkil olunan ənənəvi elmi seminar, mühazirə, dəyirmi masa və digər bu kimi tədbirlər vasitəsilə dahi şairin yaradıcılığının müxtəlif məqamlarının şərh olunması tələbələrə “Nəsimi ili”ndən ən gözəl töhfədir.
Paşa Əlioğlu məruzəsində İmadəddin Nəsiminin milli kimliyi, ona aid olan əlyazmalar, Nəsimi yaradıcılığında irfani və hürufilik görüşləri, Nəsimi ədəbi məktəbi, Nəsimi ünvanı daşıyan şair və müridlər haqqında məlumat verib, Nəsiminin anadilli şeirləri ilə klassik ədəbiyyatın nəhəng ərəb-fars poeziyası ilə baş-başa gələ biləcək bir şair olduğunu vurğulayıb. Qonaq dahi şairin yeni tapılan əlyazmaları üzərində aparılan tədqiqat işləri haqqında da danışıb.
Daha sonra kafedranın professoru Asif Hacıyev və kafedranın dosenti Aytən Hacıyeva Nəsiminin irfani və hürufilik görüşlərinin onun yaradıcılığında necə əks olunmasından danışıb. Professor qeyd edib ki, Nəsimi şəxsiyyəti yaradıcılığı və ədəbi irsi ilə vəhdətdə təqdim olunmalıdır.
Sonda mövzu ətrafında müzakirə aparılıb, tələbələrin sualları cavabandırılıb.
Dəyirmi masa xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi