Azərbaycan Universitetində 2019/2020-ci tədris ili üçün ödənişli əsaslarla təhsil alan və ailə vəziyyəti çətin olan 10 tələbəyə təhsil haqqının ödənilməsində güzəşt olunub.
Tələbələrin universitetin ictimai həyatında fəal iştirakını və akademik göstəricilərini nəzərə alan Güzəşt Komissiyasının qərarı ilə bu kateqoriyadan olan 2 tələbə təhsil haqqından tam azad olunub, 8 tələbəyə isə təhsil haqqının ödənilməsində 10 faizdən başlayaraq müəyyən miqdarlarda güzəşt tətbiq olunacaq.
Ödənişli əsaslarla qəbul olan və təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün isə universitet tərəfindən uyğun ödəniş qrafiki tərtib olunur.
Bundan əlavə qəbul imtahanlarında yüksək bal toplayaraq ödənişli əsaslarla qəbul olan və yüksək akademik göstəricilərə nail olan 5 tələbə təhsil haqqından tam azad olunub. Bu kateqoriyadan olan tələbələrdən 2 nəfər 600 və yuxarı balla qəbul olub, 1 nəfər isə Prezident təqaüdçüsüdür.
Universitetdə imtiyazlı statusda olub təhsil haqqı dövlət tərəfindən tam ödənilən tələbələr də var. Onlardan 15 nəfəri Qarabağ müharibəsi şəhid və əlillərinin övladlarıdır. 15 tələbə hər iki valideynini itirib. 15 tələbənin isə I yaxud II qrup əlilliyi var.
Qeyd edək ki, Azərbaycan Universitetinə ödənişli qəbulla yanaşı Dövlət sifarişi ilə də qəbul aparılır. 2019/2020-ci tədris ilində bakalavriat pilləsi üzrə 36 nəfər Dövlət sifarişi əsasında qəbul olub. Onların 28-i abituriyent, 8-i isə subbakalavrdır. Magistratura pilləsi üzrə Dövlət sifarişi əsasında təhsil alanların sayı isə 13-dür.

Mətbuat Xidməti