Azərbaycan Dövlət Dəniz Akademiyasına bu il qəbul olunan tələbələrin qeydiyyatı başa çatıb. Qeydiyyat prosesi 15 avqustdan 27 avqusta qədər keçirilib. Bu il ADDA-ya 4 ixtisas üzrə qəbul aparılıb. Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə nəticəsində “Gəmiqayırma və gəmi təmiri”, “Dəniz naviqasiyası mühəndisliyi” (Azərbaycan və ingilis dillərində tədris), “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” (Azərbaycan dilində tədris) ixtisasları üzrə plan yerləri 100 faiz dolub.
Qeydiyyatdan keçən tələbələr siyahısı əvvəlcədən elan edilmiş sənədləri təqdim etdikdən sonra onlar haqqında məlumat Dövlət İmtahan Mərkəzinin sisteminə yerləşdirlib. Bakıda daimi yaşamağa yeri olmayan və ADDA-nın yataqxanasında qalmaq arzusunda olan tələbələrdən ərizələr qəbul edilib. Hər bir tələbənin ölçüləri götürülərək onlar üçün xüsusi geyim forması sifariş olunub.
Statistikaya əsasən bu il ADDA-ya qəbul olunanların 184 nəfəri, yəni təxminən 78 faizi qəbul imtahanlarının hər iki mərhələsindən ümumilikdə 300-644 bal arasında bal toplamış abituriyentlərdir. Maksimal 644,6 bal qazanmış tələbə ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını (ingilis dilində tədris) seçib. Akademiyamıza bu il dövlət sifarişi əsasında 181, ödənişli əsaslarla isə 53 tələbə qəbul olunub. Ödənişli əsaslarla qəbul olunan tələbələrdən 11 nəfəri xüsusi imtiyazlı olduğu üçün təhsil haqqını ödəməkdən azad edilib. Ümumilikdə 234 tələbəni bu il birinci kursa qəbul edən Azərbaycan Dövlət Dəniz Akademiyası qəbul planını 78 faiz ödəyib.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində dərslər 16 sentyabrda başlanacaq.
ADDA-ya qəbul olan bütün tələbələrimizi təbrik edir və onlara tədrisdə uğurlar arzulayırıq!

ADDA-nın Mətbuat Xidməti