Cari ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmuş 198 abituriyentdən 29-u 500-dən, 3-ü isə 600-dən yuxarı bal toplayanlardır. Bu, yenicə tələbə adını qazananların 16 faizi deməkdir.
2018/2019-cu tədris ili üzrə Akademiyaya qəbul üçün ümumilikdə 200 yer ayrılıb. Yalnız “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə rus bölməsində birinci mərhələdə 2 yer boş qalıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 103 nəfər dövlət sifarişi əsasında, 95 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Dövlət sifarişi ilə oxuyanların sayı ötən illə müqayisədə 14 faiz artıb.
İlk dəfə olaraq bu il ADDA-da “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədrisi nəzərdə tutan 15 yer ayrılıb və qəbul nəticəsində həmin yerlərin hamısı dolub. Ən yüksək ballar da burada qeydə alınıb: 432-494 ödənişli, 495-624 dövlət sifarişi əsasında.
Ümumilikdə ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Əgər 2017-ci ildə 76 nəfər 400-dən çox bal yığmışdısa, 2018-ci ildə onların sayı 104 nəfər olub. Bu isə qəbul olanların 53 faizi deməkdir.
Rəsmi statistikaya görə, tələbə adını qazananların on beş nəfəri 200-300, yetmiş doqquzu 300-400, yetmiş ikisi 400-500, iyirmi doqquzu 500-600, üçü isə 600-700 arası bal toplayıb.
Akademiyaya 500-dən çox balla daxil olan 32 abituriyent “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəstəyi ilə mükafatlandırılacaq. Bundan başqa, 550-dən yuxarı bal toplamış tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xüsusi təqaüdü veriləcək.
Bu il Akademiyaya qəbul üçün 1 Türkmənistan və 5 Türkiyə vətəndaşı da müraciət edib. Türklər hazırda dil kurslarına cəlb olunub. Müvafiq tələbləri yerinə yetirsələr, Akademiyada ali təhsil almaq hüququ qazanacaqlar.
Sentyabrın 12-də isə Akademiyada yeni qəbul olmuş tələbələr və onların valideynləri üçün “Açıq qapı günü” təşkil ediləcək. .
Qeyd edək ki, ADDA-ya qəbul 4 ixtisas üzrə aparılır. Bunlar "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi", “Gəmi energetik qurğularının istismarı mühəndisliyi", "Dəniz naviqasiyası mühəndisliyi" və "Elektrik mühəndisliyi" ixtisaslarıdır.
Dəniz Akademiyası respublikada yeganə ali təhsil müəssisəsidir ki, diplomunu 170-dən çox dövlət tanıyır. Bütün tələbələrə pulsuz forma verilir. Həftənin 5 tədris günü tələbələr ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar. Bundan başqa, yüksək standartlara cavab verən yataqxana da gənclərin ixtiyarındadır.

Hikmət Əliyev