I və II sinifdə ev tapşırıqları ləğv edilsin - Deputatdan TƏKLİF

I və II sinifdə ev tapşırıqları ləğv edilsin - Deputatdan TƏKLİF Azərbaycanda I və II sinifdə ev tapşırıqlarının ya ləğv olunması, ya da cüzi olması təklif edilir.
Bu təkliflə deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat vurğulayıb ki, 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar: “Nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Axı, onlar uşaqdırlar! Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətində ciddi problemlər yarada bilər”.
E.Axundovanın sözlərinə görə, məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir:
“Dərsliklər yenidən işlənməlidir, çünki hazırda kitabların keyfiyyəti heç kimi qane etmir. Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Səbəb kimi də proqramın gərginliyi göstərilir.

Tehsil-press.az

Oxşar xəbərlər