Artıq şagirdlər yay tətilinə çıxıblar. Bu, valideynlərin məsuliyyətini daha da artırıb. Yay tətilinin rəngarəng, maraqlı və səmərəli təşkili məhz valideynlərin üzərinə düşür. Bəs, uşaqlar yay tətilini necə keçirməlidirlər?
Bu məsələ ilə bağlı Bakının Nizami rayonundakı 214 nömrəli məktəbin psixoloqu Vüsalə Məmmədova Tehsil-press.az-a müsahibə verib.
Onun sözlərinə görə, yay tətilinin daha maraqlı keçməsi üçün uşaqları yaş qrupuna ayırmaq məsləhətdir. Yaş qrupuna uyğun olaraq onlara yanaşma düzgün seçilməlidir.
O qeyd edib ki, Azərbaycanda təhsil pilləsi məktəbəqədər təhsildən başlanır və məhz bu dövrdə valideynlər övladlarının səmərəli vaxt keçirmələri barədə düşünməlidirlər. Valideynlərə 3-6 yaşlı uşaqları ilə birgə rəsm çəkmək, konstruktor yığmaq, gəlinciklərə don seçmək və cizgi filmlərinə baxmaq tövsiyə olunur. 6-10 yaş qrupuna aid olan uşaqları, yəni ibtidai təhsil alan şagirdləri dərslə yükləmək məsləhət görülmür. Bu, yeni tədris ili boyunca uşaqlarda məktəbə qarşı aqressiya yarada bilər.
Psixoloq bildirib ki, yay tətili uşaqların istirahəti ilə yanaşı, onların səmərəli vaxt keçirmələri və intellektual inkişafı üçün yaxşı fürsətdir. Buna görə hər bir valideyn çalışmalıdır ki, övladı telefon və kompüter oyunlarından uzaq dursun. Birlikdə rəsm çəkmək, kitab oxumaq, sonra müzakirələr aparmaq uşaqlara daha faydalı olar və onların zövqünü formalaşdırar. Bu tapşırıqlar uşaqların rabitəli nitqinin və yazı mədəniyyətinin düzgün formalaşmasına kömək edəcək. Bununla bərabər, çalışın ki, övladınız dostluq etdiyi uşaqlarla vaxt keçirsin. Bu, övladınızın sosial ünsiyyət qurmasına çox xeyirlidir.
Psixoloq 10-15 yaşlı uşaqların sosial şəbəkələrdən istifadəsinə valideynlərin ciddi nəzarət etməsini məsləhət görür: “Bu yaşda uşaqlar ziyanlı və böyük təhlükələrə yol aça biləcək oyunlardan uzaq olmalıdırlar. Çalışmalısınız ki, övladınız sevdiyi idman növü ilə məşğul olsun və yaxud maraqlı bir kitab oxusun. Siz uşağınızın istəyini dəstəkləməlisiniz və ona nizamlı nəzarət etməlisiniz. Unutmayın, övladınızın faydalı və rəngarəng vaxt keçirməsi sizin əlinizdədir”.
Tehsil-press.az