Deputat ölüm hökmünün bərpasını istəyir

Deputat ölüm hökmünün bərpasını istəyir Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.

Tehsil-press.az-ın məlumatına görə, E.Axundova qeyd edib ki, statistikaya görə, ailələrdə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: “Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur? Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır".

Tehsil-press.az

Oxşar xəbərlər