BDU-nun “Beynəlxalq Məzun Assosiasiyası” yaradılıb

BDU-nun “Beynəlxalq Məzun Assosiasiyası” yaradılıb Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu işini “Bakı Dövlət Universitetinin məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri” mövzusunda iclasla davam etdirib.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Hüquq fakültəsinin 2005-ci il məzunu Ülvi Mehdiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2007-ci il məzunu Yusif Abdullayev, Almaniyanın Humbolt Universitetinin kafedra müdiri, Şərqşünaslıq fakültəsinin 1979-cu il məzunu Eva Mariya Aux, “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, Jurnalistika fakültəsinin 1991-ci il məzunu Musa Mərcanlı, Türkiyənin Akdeniz Universitetinin professoru, Kimya fakültəsinin 1980-ci il məzunu Tərlan Məmmədov Forumun məzunlara birgə fəaliyyət istiqamətində gözəl imkan yaradacağına əmin olduqlarını bildiriblər.
İclasda BDU-nun müxtəlif ölkələrdən olan məzunları arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıqlarını möhkəmləndirmək üçün “Beynəlxalq Məzun Assosiasiyası” yaradılıb.
İclas mövzu istiqamətində maraqlı müzakirələrin aparılması ilə başa çatıb.
Rektor Elçin Babayev BDU məzunlarına Forumda iştirakları, çıxışları və maraqlı təklifləri üçün təşəkkürünü bildirib. Qeyd edib ki, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır.
Xatırladaq ki, forumun 300-dən çox iştirakçısı arasında Bakı Dövlət Universitetinin Azərbaycan, Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər regionlarından olan məzunları, müxtəlif təşkilatların və birliklərin nümayəndələri var.

Tehsil-press.az

Oxşar xəbərlər