Azərbaycan Universitetinin məzun və tələbələri “DOST” agentliyində işə başlayıb

Azərbaycan Universitetinin məzun və tələbələri “DOST” agentliyində işə başlayıb Azərbaycan Universitetinin 3 məzunu və 2 magistratura tələbəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində işə başlayıb. 3 məzun və 1 magistratura tələbəsi isə DOST könüllüsü kimi fəaliyyət göstərir. Onlar Dövlət Sosial Müdafiə Fondundun qəbul mərkəzində vətəndaşlara xidmət göstərir, sonrakı mərhələdə isə öz fəaliyyətlərini “DOST” mərkəzlərində davam etdirəcəklər.
Əmək fəaliyyətinə başlayan məzunlarımız Qara Rəhimov 2014-cü ildə ildə, Samir Hüseynov və Turan Sadıqov 2016-cı ildə Sosial iş ixtisası üzrə məzun olublar. Mehriban Qənbərova və Nilufər Əliyeva isə Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura II kurs tələbəsidirlər.
Ali təhsil müəssisəsinin Sosial iş ixtisası üzrə 2017-ci il məzunu Arzu Məsimov, 2018-ci il məzunu Kənan Əliyev, 2019-cu il məzunu Zeynal Fərəcov, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura II kurs tələbəsi Əsli Xəlilova isə DOST könülülsüdür.
Qeyd edək ki, DOST agentliyi "DOST" mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edir.

İctimaiyyətlə əlaqələr şöbəsi




Oxşar xəbərlər