Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Məzun günü” keçirilib.
“Baku Kristall Holl”da keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, 2018/2019-cu tədris ilində UNEC-dən 4122 gənc məzun olub. Onlardan 3102-i bakalavr, 1020-si isə magistrdir.
Tədbirdə 18 il əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov barədə videoçarx nümayiş olunub. Videoçarxda V.Hüseynova dərs deyən universitet müəllimləri və qrup yoldaşı onunla bağlı xatirələrini bölüşüblər.
Videoçarxın nümayişindən sonra V.Hüseynov fəxri məzun kimi çıxış edib. UNEC-ə fəxri məzun kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən V.Hüseynov gəncləri Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin məzunu olmaları münasibətilə təbrik edib.
Tədbirdə UNEC-in ikili diplom proqramlarının məzunlarına Avropa diplomları təqdim olunub. Fransanın Monpelye Universitetini bitirən 13 bakalavr və İsveçrənin UBİS Universitetini bitirən 4 magistrə diplomlar verilib.
Monpelye Universitetinin rəsmiləri bildiriblər ki, artıq ikinci ildir ki, UNEC bakalavr pilləsi üzrə ikili diplom proqramı uğurla davam etdirilir. Ötən il 5 məzuna, bu il isə 13 bakalavra diplomlar təqdim olunub. Qeyd edilib ki, yeni tədris ilindən Monpelye Universiteti ilə UNEC arasında magistr pilləsi üzrə də ikili diplom proqramı reallaşdırılacaq.
Hər il olduğu kimi, bu il də ən yüksək bal (99.0125) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Pakizə Vəlizadə çıxış edib. UNEC-in məzunu olması ilə qürur duyduğunu deyən P.Vəlizadə təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinin artıq 5-ci ildir ki, adlarını universitetin tarixinə uğurlu tələbə kimi yazdırdıqlarını diqqətə çatdırıb.
P.Vəlizadə ənənəyə uyğun olaraq UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsinə təhvil verərək 4122 məzun adından təntənəli and içib.
Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.
Tədbir musiqili proqramla davam edib.

UNEC-in Mətbuat Xidməti