Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada ilə “Nəsimi ili” nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada ilə “Nəsimi ili” nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxanada MKS-ə daxil olan kitabxana filialların iştirakı ilə “Nəsimi ili” nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqəni giriş sözü ilə abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq “Nəsimi ili” ilə əlaqədar sərəncamdan irəli gələn vəzifələrdən bəhs edib. O vurğulayıb ki, “Nəsimi ili” təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində yüksək səviyyədə qeyd olunur, böyük şairin şeirləri digər dillərə tərcümə olunaraq , kitabları çap edilir.
Sonra müsabiqə iştirakçılarının ifasında Nəsiminin qəzəlləri dinlənilib.
Şair, publisist, Əməkdar Mədəniyyət işçisi, fərdi prezident təqaüdçüsü Əşrəf Veysəlli, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, respublikanın əməkdar artisti İzaməddin Bağırov, Gənc şair, Poeziya evinin əməkdaşı Elvin Əlizadədən ibarət münsiflər heyətinin qərarı ilə S.Vurğun adına Mərkəzi Kitabxananın oxusu Zəhra Bəşirli, Mərkəzi Uşaq Kitabxanasının oxucusu Gülmirə Əlizadə I yer, Nizami Gəncəvi adına Kitabxana klubun oxucusu Ömər Bayramov, uşaq şöbəsinin oxucusu Sevda Mirzəyeva II yer, İncəsənət şöbəsinin oxucuları Nazilə Cavadova və Fidan Ağahüseynli III yer tutublar. Qaliblər Fəxri fərman və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Şahin Şəfiyev tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Fərqlənənlərə Təşəkkürnamə təqdim edilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər