Sumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilib

Sumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbvbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilib. Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu müsabiqə il ərzində AXC-nin 100 illiyi ilə əlaqədar kitabxanada keçirilən tədbirlərin yekunudur. Sonra müsabiqənin münsiflər heyətinin üzvləri yazıçı-publisist Hafiz İmamnəzərli, Sumqayıt Dövlət Dram Teatrınnın aktyoru, Əməkdar artist İzaməddin Bağırov, AYB-nin Sumqayıt bölməsinin üzvü şair Mədaxil Cavadlı, “Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədova iştirakçılara təqdim edilib. Daha sonra müsabiqəyə qatılan uşaqlar mövzu ilə əlaqədar şeirlər söyləyiblər. Münsiflər heyətinin yekdil rəyinə əsasən Sevda Mirzəyeva Cabir Novruzun “Azərbaycan, ötəcəyəm adını” adlı şeri ilə 1-ci yerə, Rüstəm Nəcəfov Əjdər Olun “İstiqlal”, Aylin Əkbərli Əjdər Olun “Azərbaycan” şerləri ilə 2-ci yerə, Aydan Bəşirli İsa İsmayılzadənin “Vətən”, Mədinə Əhmədli Nəriman Həsənzadənin “İstiqlal himni” şerləri ilə 3-cü yerə layiq görülüblər. Qaliblər Fəxri Fərman və AXC-nin 100 illiyi münasibətilə xüsusi hazırlanmış medallarla təltif olunublar. Tədbirdə AXC-nin fəaliyyətini özündə əks etdirən kitab və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilibSumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilibSumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilibSumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilibSumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bu vətən mənim anamdır” adlı bədii-qiraət müsabiqəsi keçirilib

Oxşar xəbərlər