Turistləri ölkəmizə yenidən gəlməyə vadar etmək lazımdır - Agentlik sədri

Turistləri ölkəmizə yenidən gəlməyə vadar etmək lazımdır - Agentlik sədri Azərbaycanı turizm ölkəsinə çevirmək üçün imkanlar genişdir. Amma turistləri ölkəyə cəlb etməklə iş bitmir, gələn turistləri ölkəmizə yenidən gəlməyə vadar etmək lazımdır.
Bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, ötən il turizm sənayesi üçün çox yaddaqalan olub: "Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib. Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir".
F.Nağıyev əlavə edib ki, uğurlar çox olsa da, görüləcək işlər də çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər