Akademik Həmid Araslının 110 illik yubileyi təhsil müəssisələrində qeyd olunur

Akademik Həmid Araslının 110 illik yubileyi təhsil müəssisələrində qeyd olunur Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən akademik Həmid Araslının 110 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.
Tədbirlərdə akademik Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının inkişafında müstəsna xidmətlərindən bəhs edilir. Görkəmli alimin elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətinin də daim diqqət mərkəzində olduğu bildirilir.
Şifahi xalq ədəbiyyatının ən görkəmli mütəxəssislərindən biri olan Həmid Araslının Azərbaycan folklorunun, xüsusilə də “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında yazdığı sanballı elmi əsərlər barədə şagirdlərə ətraflı məlumat verilir.
Tədbirlərdə Həmid Araslının həyat və yaradıcılığından bəhs edən videoçarx və ədəbi-bədii kompozisiyalar nümayiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər