Dəməşq yaxınlığında partlayış, 2 uşaq həyatını itirdi

Dəməşq yaxınlığında partlayış, 2 uşaq həyatını itirdi Suriyanın Dəməşq şəhəri yaxınlığında terrorçular tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində iki uşaq həyatını itirib. Tehsil-press.az-ın məlumatına görə, bu barədə “TASS” xəbər verib.
İnsident Hoş-Nəsri şəhərinin rayonunda baş verib. Həmin yaşayış məntəqəsi əvvəllər silahlı qruplaşmaların böyük forpostu olub.
İlkin məlumatlara görə, uşaqlar qoyunları otararkən minaya düşüblər. Hər iki uşaq dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər