Partlayış baş verib: 14 ölü, 35 yaralı

Partlayış baş verib: 14 ölü, 35 yaralı Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib.
Partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Məlumata əsasən, ilk partlayış şəhərin girişində olan nəzarət-buraxılış məntəqəsində, ikinci partlayış isə şəhərin mərkəzində baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər