Terrorçu-intiharçı məqbərəni partlatdı - 72 ölü (YENİLƏNİB)

Terrorçu-intiharçı məqbərəni partlatdı - 72 ölü (YENİLƏNİB) İlkin xəbər saat 19:05-də yayımlanıb

Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib.
Təhsil-press.az xəbər verir ki, vilayət polisinin verdiyi məlumata görə partlayış nəticəsində azı 72 ölüb, 150 nəfər yaralanıb.
Partlayışla bağlı məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.
XXX
19:05
Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Təhsil-press.az xəbər verir ki, vilayət polisinin verdiyi məlumata görə, 50 nəfər yaralanıb.
Məlumata görə, partlayış baş verən zaman sufi filosof və şair Qələndərin (Sayed Muhamməd Usman Mərvəndi) məqbərəsində ənənəvi sufi ritual həyata keçirldiyindən çox sayda ziyarətçi olub.
İlkin məlumatlara görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib.
Polis nümayəndəsinin bildirdiyinə görə, partlayış məqbərənin həyətində, qapıların yanıdan baş verib.

Təhsil-press.az

Oxşar xəbərlər