Senator Kamala Harris prezidentliyə namizədliyə iddiaçıların mübarizəsindən çəkildiyini elan edib

Senator Kamala Harris prezidentliyə namizədliyə iddiaçıların mübarizəsindən çəkildiyini elan edib Senator Kamala Harris 2020-ci ilin prezident seçkiləri üzrə kampaniyasını başa çatdırdığını elan edib.
O, tərəfdarlarına yazılı müraciətində bildirib: “Mən kampaniyamı hərtərəfli nəzərdən keçirərək onu yekunlaşdırdım və son bir neçə gün ərzində həyatımın ən mürəkkəb qərarlarından birini qəbul etdim. Sadəcə, mənim seçkiqabağı kampaniyam bu prosesi davam etdirmək üçün bizə lazım olan yetərli maliyyə resursuna malik deyil. Mən milyarder deyiləm və öz kampaniyamı müstəqil maliyyələşdirmək imkanım yoxdur”. Harris yazır ki, başqa namizədlərlə rəqabət aparmaq üçün lazım olan maliyyə ianələri toplamaq vaxt keçdikcə daha da çətinləşir.
Kamala Harrisin seçkiqabağı kampaniyasının nümayəndəsi dekabrın 3-də bildirib ki, senator əzmlə işlədiklərinə görə əməkdaşlarına və tərəfdarlarına təşəkkür etmək üçün bu həftə praymerizin keçiriləcəyi ştatlara yollanacaq.
ABŞ Prezidenti Donald Tramp senator Kamala Harrisin prezidentliyə namizədliyə iddiaçıların mübarizəsindən çəkilməsi barədə xəbərə reaksiyasını “Twitter” səhifəsində qısaca belə ifadə edib: “Çox pis. Biz sənin üçün darıxacağıq, Kamala!”. Harris isə ona belə cavab verib: ”Narahat olmayın, cənab prezident. Sizin məhkəmənizdə görüşərik”.
Seçkiqabağı kampaniyanın əvvəlində Harris ən güclü namizədlərdən biri sayılırdı. Lakin son aylarda o, sürətlə populyarlığını itirməyə başlayıb. Harris birinci praymerizlərə cəmi bir neçə ay qalmış mübarizədən imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər