ABŞ-da prezidentlik yarışına daha bir namizəd qoşuldu

ABŞ-da prezidentlik yarışına daha bir namizəd qoşuldu Keçmiş konqresmen Beto O'Rourke ABŞ prezident olmaq üçün namizədliyini elan edəcək.
O, bununla bağlı bu gün mətbuat konfransı keçirəcək.
Məlumata görə, O'Rourke Demokrat Partiyasından namizədliyini vermək niyyətindədir.
Qeyd edək ki, daha öncə Demokrat Partiyasının üzvü, senator Kamala Herris, Nyu-York ştatının senatoru Kirsten Gillibrand, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Massaçusets ştatının senatoru Elizabet Uorren, Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhərsalma naziri olmuş Xulian Kastro və Vermont ştatının senatoru Börni Sanders da Donald Trampa rəqib olacaqlarını elan ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər